MDB
Kiçik Kadırov dayanmaq bilmir: Atası Adama bu dəfə nə verdi?
Çeçenistan rəhbərinin köməkçisi və respublikanın Təhlükəsizlik Şurasının katibi Adam Kadırov növbəti mükafata layiq görülüb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Kadırovun 18 yaşlı oğlu “Şimal” xüsusi polkunun 20 illiyi münasibətilə təşkil olunmuş təntənəli mərasimdə xüsusi xatirə medalı ilə təltif edilib.
Qeyd edək ki, sözügedən 141-ci xüsusi motorlu atıcı polku Rusiya Qəhrəmanı Axmat Kadırovun adını daşıyır. Mükafat bölmənin yubiley tədbirləri çərçivəsində Qroznıda təqdim olunub. Ümumilikdə Çeçenistanda ilk prezidentin adını daşıyan 14-dən çox polk və tabor fəaliyyət göstərir.
Xatırladaq ki, cəmi 18 yaşı olmasına baxmayaraq, Adam Kadırov ötən il Çeçenistan Daxili İşlər Nazirliyinin kuratoru təyin edilib. O, bundan əvvəl Rusiya Qvardiyasının “Döyüş fərqlənməsinə görə” medalı, “Baysanqur Benoyevski” ordeni və respublikanın ali mükafatı olan “Axmat Kadırov” ordeni ilə təltif olunub.
Atası Ramzan Kadırov oğlunun bütün mükafatları layiqincə aldığını bildirərək, ona qarşı tələblərin digərlərindən daha yüksək olduğunu vurğulayıb.
Müəllif: Adəm
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






















.jpg)
.jpg)














.jpg)