MDB
Donbas şaxtaları uğrunda döyüş: Rusiya strateji nöqtələri ələ keçirdi
Rusiya ordusu Dobropilye istiqamətində mühüm strateji mövqeləri ələ keçirərək irəliləməyə davam edir.
Publika.az xəbər verir ki, bu barədə hərbi müxbir Yuri Kotenok məlumat yayıb.
Bildirilir ki, Rusiya bölmələri Şevçenko qəsəbəsi yaxınlığındakı 2 nömrəli "Vodyanskaya" şaxtasının şərq hissəsində möhkəmlənə biliblər. Hazırda həmin ərazidə şiddətli döyüşlərin getdiyi, Rusiya qüvvələrinin Ukrayna bölmələrini ərazidən çıxarmaq üçün hücumları davam etdirdiyi bildirilir.
Bundan başqa, Novıy Donbas qəsəbəsi tərəfdən "Belitskaya" şaxtası istiqamətində də hücum əməliyyatları qeydə alınıb. Hərbi müxbirin sözlərinə görə, döyüşlər eyni zamanda Annovka, Kutuzovka yaşayış məntəqələri və Kuçerov Yar kəndi istiqamətində də kəskinləşib.
Belitski rayonunda isə hücum bölmələrinin şəhərin şimal-şərqində və şimaldakı meşə zolaqlarında irəlilədiyi iddia edilir. Rodinski və Novoaleksandrovka arasındakı sahədə isə strateji əhəmiyyətli meşəlik ərazilər uğrunda gərgin döyüşlərin getdiyi vurğulanır.
Müəllif: Adəm
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






















.jpg)
.jpg)














.jpg)