MDB
Zelenski sirri açdı: Ukraynanın "məğlubedilməz" dəniz dronları kimindir?
Ukrayna prezidenti Vladimir Zelenski bu günə qədər gizli saxlanılan bir həqiqətin üstünü açıb. Prezident ölkənin dəniz dronlarının (PUA) yaradılmasında yalnız Ukrayna müdafiə sənayesinin deyil, həm də xarici dövlətlərin birbaşa iştirak etdiyini etiraf edib.
Publika.az xəbər verir ki, Zelenski dəniz dronları sahəsindəki uğurların bir neçə Avropa ölkəsinin yardımı sayəsində mümkün olduğunu bildirib. O, bu texnologiyaların əldə olunmasında tarixi dənizçilik təcrübəsinə malik üç əsas ölkənin adını çəkib: Böyük Britaniya, Norveç və Niderland.
“Ukrayna dəniz dronları donanmasını məhz tərəfdaşlarımızın sayəsində qura bildik”, - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, bu bəyanat Ukrayna daxilində ciddi suallar doğurub. Belə ki, indiyədək Ukrayna Baş Kəşfiyyat İdarəsi və Ukrayna Təhlükəsizlik Xidməti bu dronların dünyada analoqu olmayan, tamamilə yerli və innovativ bir silah olduğunu iddia edirdi. Hərbi qurumlar rəsmi açıqlamalarında bu texnikanı “müstəsna olaraq Ukrayna istehsalı” kimi təqdim edirdilər. Zelenskinin son açıqlaması isə bu silahların arxasında Qərb texnologiyalarının dayandığını rəsmən təsdiqləmiş oldu.
Xatırladaq ki, Ukraynanın dəniz dronları Rusiya Qara Dəniz Donanmasına ağır zərbələr endirməklə müharibənin gedişatında mühüm rol oynayıb.
Müəllif: Adəm
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız






















.jpg)














