MDB
Rusiyaya kütləvi hücum: 150-dən çox PUA vuruldu - Ölən və yaralananlar var
Rusiyanın hava hücumundan müdafiə qüvvələri aprelin 23-nə keçən gecə Ukraynaya məxsus 154 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, dronlar Rusiyanın 10 regionu üzərində, eləcə də Azov və Qara dəniz akvatoriyalarında vurulub. PUA-lar Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk, Nijni Novqorod, Rostov, Samara vilayətləri və Rusiyanın işğalı altında olan Krım ərazisi üzərində məhv edilib.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, region mərkəzinə edilən hücum nəticəsində iki nəfər yaralanıb.
Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorışev isə qeyd edib ki, Novokuybışevsk şəhərində sənaye müəssisələrinə edilən dron hücumu zamanı bir nəfər həyatını itirib.
Bundan başqa, Rostov vilayətinə də gecə saatlarında hücum olub. Region rəhbəri Yuri Slyusarın sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri 20 PUA-nı zərərsizləşdirib.
Müəllif: Adəm
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)