MDB
Kadırov "ölüm fədailəri"ni meydana çıxardı: Oğlu Adam kamikadzelərin əhatəsində - VİDEO
Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkə hesabında hər kəsin diqqətini çəkən növbəti səs-küylü video paylaşıb. O, bu dəfə oğlu Adamı zabit formasında və "əsl ölüm fədailəri" (kamikadze) adlandırdığı xüsusi təyinatlıların əhatəsində nümayiş etdirib.
Publika.az xəbər verir ki, "Telegram" kanalında paylaşılan görüntülərdə Türkiyə istehsalı olan "Kirpi" zirehli maşınlarının və üzərində sayrışan işıqlar olan avtomobillərin fonunda xüsusi təyinatlı dəstənin düzülüşü əks olunub. Maraqlıdır ki, bütün xidməti avtomobillərin dövlət nömrə nişanlarında Adam Kadırovun sevimli rəqəmi olan "13" rəqəmi əksini tapıb.
Videoda Adam Kadırov atasına zirehli texnikanın daxili quruluşu ilə bağlı "ekskursiya" keçib və müxtəlif şüarlar səsləndirib. Ramzan Kadırov isə tabeliyindəki döyüşçüləri bu sözlərlə vəsf edib: "Şəxsi heyətin döyüş ruhu yüksək səviyyədədir. Bunlar əsl ölüm fədailəridir. Tapşırığı yerinə yetirmək üçün canlarından keçməyə hazır olan, riski işinin bir hissəsi kimi qəbul edən insanlardır".
Kadırovun "özəl qüvvələri" kimi təqdim olunan bu bölmənin rəsmi adı açıqlanmayıb.
Müəllif: Adəm
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)