MDB
Rus dilinə “qadağa” cəhdləri əks effekt verir - Zaxarova
Rus dilini “ləğv etmək” və ya sıxışdırmaq cəhdləri, o cümlədən Ukraynada baş verən proseslər bu dilə marağı daha da artırır.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən “Avrasiya - ənənəvi dəyərlər ərazisi” forumunda çıxışı zamanı deyib.
O bildirib ki, rus dili internetdə saytların sayına görə dünyada ikinci, istifadəçilərin sayına görə isə doqquzuncu yeri tutur. Zaxarovanın sözlərinə görə, bu dil Avrasiya məkanında xalqları birləşdirən əsas vasitələrdən biridir və ortaq mədəni kodun formalaşmasında mühüm rol oynayır.
Diplomat qeyd edib ki, rus dili digər dilləri sıxışdırmır, əksinə imkanları genişləndirir: “Bu, Avrasiya ölkələrinin ümumi inkişafına təsir göstərmək üçün əvəzolunmaz resursdur”.
O, həmçinin 120 mindən çox insanın cəlb olunduğu “Avrasiya” qeyri-kommersiya təşkilatının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Zaxarova əlavə edib ki, dünyada baş verən münaqişələr fonunda insanların “ənənəvi dəyərlərə” marağı artıb və bu dəyərlər müxtəlif xalqları bir araya gətirən əsas amillərdən birinə çevrilib.
Müəllif: Adəm
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)