MDB
Tanınmış teleaparıcı vəfat etdi
Rusiyanın Birinci Kanalında yayımlanan "İnsan və Qanun" (Человек и закон) proqramının aparıcısı olmuş Aleksey Pimanov 64 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Birinci Kanalın yaydığı rəsmi məlumatda bildirilir:
"Aleksey Pimanovun ürəyi dözmədi. Kollektivimiz üçün əvəzolunmaz itkidir. Onun yaxınlarına və ailəsinə dərin hüznlə başsağlığı veririk".
Pimanov tamaşaçılara daha çox 1996-cı ildən bəri rəhbərlik etdiyi "İnsan və Qanun" verilişi ilə tanış idi. Bununla yanaşı, o, "Sağlam yaşamaq" (Жить здорово), "Kreml-9", "Kumirlər", "Ordu mağazası" (Армейский магазин), "Əsrin sirləri" (Тайны века) kimi bir çox populyar layihələrin prodüseri olub.
Yaradıcılıq fəaliyyəti ərzində ssenarist və rejissor kimi 100-dən çox sənədli və bir neçə bədii film ərsəyə gətirən Pimanov, həmçinin "Krasnaya Zvezda" mediaholdinqinin rəhbəri və Rusiya Federasiyasının Əməkdar artisti fəxri adının sahibi idi.
Hüseyn İbadlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)