MDB
Ukraynaya şok zərbə: Rus hakerlər dövlət sistemini çökdürdü
Rusiyanın “PalachPro” haker qrupu Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Xarkov vilayəti üzrə idarəetmə sisteminə daxil olaraq böyük həcmdə məxfi məlumatları ələ keçirib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “SHOT” "Telegram" kanalı yayıb.
Bildirilir ki, kiberhücum nəticəsində 100-dən çox zabitin, o cümlədən baş idarənin rəisi Artem Astaxov və onun birinci müavini Serqey Çabanyanın adları, telefon nömrələri və elektron poçt ünvanları hakerlərin əlinə keçib. Sənədlər təhlil edilərkən məlum olub ki, dinc xilasetmə xidməti faktiki olaraq hərbi struktura çevrilib və xilasedicilər mütəmadi olaraq cəbhəyanı zonalarda tapşırıqlar icra edirlər.
Hakerlər həmçinin qurumun balansında olan texnikaların tam siyahısını da əldə ediblər. Siyahıda “Mercedes” mikroavtobusları, “Volvo” və “Scania” yük maşınları, müxtəlif yanğınsöndürən sisternləri olsa da, real vəziyyətin acınacaqlı olduğu üzə çıxıb. Belə ki, mövcud 100-ə yaxın texnikanın böyük hissəsinin təmirdə olduğu və istifadəyə yararsız halda qaldığı bildirilir. Ukraynalı İT mütəxəssislərinin hakerləri hələ də sistemdən kənarlaşdıra bilmədiyi vurğulanır.
Eyni zamanda, Ukraynanın CERT-UA kiberkomandası yeni təhlükə barədə xəbərdarlıq edib. Bildirilir ki, dronların idarə edilməsi üçün nəzərdə tutulan “BACHU” tətbiqinin yenilənməsi adı altında virus yayılır. “Signal” messenceri vasitəsilə göndərilən “bachu.zip” adlı arxiv faylı cihazları yoluxduraraq hərbi məlumatların sızmasına şərait yaradır.
Müəllif: Adəm
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar






















.jpg)














