MDB
Dünya nüvə terrorizminin davam etməsinə imkan verməməlidir - Zelenski
“40 il əvvəl dünya ən böyük nüvə fəlakətlərindən biri ilə üzləşdi – Çernobıl atom elektrik stansiyasının dördüncü reaktoru partladı”.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında paylaşım edib.
Dövlət başçısı qeyd edib ki, faciə nəticəsində ətrafa külli miqdarda radioaktiv maddə yayılıb və yüz minlərlə insan hələ də bu qəzanın fəsadları ilə mübarizə aparır: “Radiasiyanın qarşısını almaq üçün dağılmış reaktorun üzərində sarkofaq inşa edildi. Daha sonra isə 40-dan çox ölkənin iştirakı ilə yeni təhlükəsiz konfaynment quruldu ki, yeni fəlakətlərə yol verilməsin”.
V.Zelenski vurğulayıb ki, hazırda bu iki qurğu dünyanı radiasiyadan qoruyan əsas qalxandır, lakin Rusiya dünyanı yenidən təhlükə altına salıb:
“Rusiya-İran istehsalı olan “Şahed” dronları daim stansiyanın üzərindən uçur, ötən il isə onlardan biri qoruyucu konfaynmentə zərbə endirib. Dünya bu nüvə terrorizminin davam etməsinə imkan verməməlidir. Bunun ən yaxşı yolu Rusiyanı bu çılğın hücumları dayandırmağa məcbur etməkdir”.
Sonda Ukrayna lideri qəza nəticələrinin aradan qaldırılmasında iştirak edən likvidatorların xatirəsini yad edib: “Bu faciənin nəticələrini aradan qaldırmağa çalışarkən canından keçən hər kəsi xatırlayırıq. Çernobıl qurbanlarının xatirəsi əzizdir”.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)