MDB
Rusiya səmasında gərgin gecə: Yüzlərlə PUA və raket...
Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfindən həyata keçirilən genişmiqyaslı hava hücumlarının qarşısının alındığını açıqlayıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən gecə Bryansk vilayəti üzərində Ukraynaya məxsus təyyarə tipli 3 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bölgədə dağıntı və itki qeydə alınmayıb.
Bundan əlavə, nazirliyin son sutka üzrə ümumi hesabatında rəqəmlərin kifayət qədər yüksək olduğu diqqət çəkir.
Bildirilir ki, sutka ərzində Rusiya regionları üzərində ümumilikdə 530 Ukrayna PUA-sı zərərsizləşdirilib.
Həmçinin, hava hücumundan müdafiə qüvvələri 7 idarə olunan aviabomba və ABŞ istehsalı olan HIMARS yaylım atəşli raket sisteminə məxsus 2 mərmini göydə məhv edib.
Qeyd edək ki, hərbi münaqişə başlayan dövrdən indiyədək vurulan Ukrayna PUA-larının ümumi sayının 138 mini keçdiyi vurğulanıb.
Müəllif: Adəm
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək























.jpg)













