MDB
Sərnişinlər ac-susuz qalıblar, yerdə yatırlar: Rusiya aeroportlarında nə baş verir?
Rusiyanın “Pobeda” aviaşirkətinin sərnişinləri Moskvanın Şeremetyevo hava limanında ac-susuz, yerdə yatmaq məcburiyyətində qalıblar.
Publika.az xəbər verir ki, bu barədə “Baza” "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, bəzi sərnişinlər artıq 15 saatdır ki, reyslərin gecikməsi səbəbindən terminalda çarəsiz vəziyyətdə gözləyirlər. Şikayətlər təkcə paytaxtdan deyil, Rusiyanın müxtəlif bölgələrindən gəlir. Bəzi regionlarda uçuşlarda yaranan fasilələrin artıq bir neçə gündür davam etdiyi bildirilir. Maraqlısı budur ki, digər aviaşirkətlərin reyslərində belə kütləvi problemlər müşahidə olunmur.
Şeremetyevo hava limanından gələn görüntülərdə terminalların insanla dolduğu, vətəndaşların skamyalarda və birbaşa döşəmənin üzərində yatdığı görünür. Sərnişinlər aviaşirkətin onlara qida və su təminatı yaratmadığını bildiriblər.
“Pobeda” rəsmiləri insanlara otel təklif etmək əvəzinə, onlara qalmaq üçün özlərinin yer tapmasını məsləhət görüblər. Şirkət çəkilən xərclərin gələcəkdə kompensasiya ediləcəyini vəd etsə də, bu, sərnişinlərin qəzəbinə səbəb olub.
Xatırladaq ki, bundan əvvəl Rusiya Nəqliyyat Nazirliyi Moskvada baş verən güclü qar səbəbindən uçuşlarda gecikmələrin ola biləcəyi barədə xəbərdarlıq etmişdi.
Müəllif: Adəm
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR





















.jpg)

.jpg)














.jpg)