MDB
NATO-nun qapıları Ukrayna üçün birdəfəlik bağlandı: Kiyevin son ümidi...
Ukraynanın NATO-ya üzvlüklə bağlı ambisiyaları yaxın gələcək üçün artıq "ölü" hesab olunur.
Publika.az xəbər verir ki, bu barədə "The Economist" nəşri Qərb rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Kiyevin Şimali Atlantika Alyansına daxil olmaq xəyalları artıq real gündəlikdən çıxarılıb.
Məqalədə qeyd olunur ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden Ukraynanın NATO-ya üzvlüyü məsələsinə hər zaman şübhə ilə yanaşıb. Lakin ABŞ-ın hazırkı rəhbərliyinin bu ideyaya münasibəti Ukraynanın son ümidlərini də tamamilə "dəfn edib".
Xatırladaq ki, bir müddət əvvəl NATO-nun Baş katibi Mark Rutte Ukraynanın alyansa üzvlüyünün artıq müzakirə mövzusu olmadığını açıq şəkildə bəyan etmişdi. Rutte bildirmişdi ki, alyans üzvlük əvəzinə Ukraynaya müəyyən təhlükəsizlik zəmanətləri təklif edir. Lakin bu zəmanətlərin konkret nədən ibarət olduğu və Ukraynanı real təhdidlərdən necə qoruyacağı hələ də qeyri-müəyyən olaraq qalır.
Müəllif: Adəm
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR





















.jpg)

.jpg)














.jpg)