MDB
Parlamentdə gərginlik: Qadın deputat DAVA SALDI
Ukrayna Ali Radasında növbəti insident yaşanıb. Ölkənin ən qalmaqallı deputatlarından biri olan Maryana Bezunqlaya bu dəfə həmkarı Aleksandr Fedienkoya qarşı fiziki güc tətbiq edib.
Publika.az xəbər verir ki, insident kibertəhlükəsizlik haqqında qanun layihəsinin müzakirəsi zamanı baş verib.
Tribunada çıxış edən A.Fedienko bildirib ki, Bezunqlaya qanun layihəsinə minə yaxın düzəliş daxil edərək sənədin qəbulunu qəsdən bloklayır. Bu sözlərdən hiddətlənən qadın deputat dərhal tribunaya tərəf qaçaraq həmkarını itələyib və onun əlindəki çıxış mətnini zorla almağa çalışıb.
Məlumata görə, baş verən əlbəyaxın qarşıdurma zamanı parlament tribunasındakı mikrofon sındırılıb.
Daha sonra hadisəyə aydınlıq gətirən Bezunqlaya qanun layihəsinin özünə deyil, məzmununa etiraz etdiyini bildirib və reqlamenti pozduğu üçün üzr istəyib.
Qeyd edək ki, Maryana Bezunqlaya bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskini kəskin tənqid etməsi və onu istefaya çağırması ilə gündəmə gəlmişdi.
Müəllif: Adəm
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)














.jpg)