MDB
Zelenski Putin və Trampın atəşkəs təklifinə gözlənilməz reaksiya verdi
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığından sonra xalqa müraciət edib.
Publika.az xəbər verir ki, Zelenski "Telegram" kanalında sülhdən danışıb.
Ukrayna lideri Rusiyanın irəli sürdüyü "qısamüddətli sükut" təklifi ilə maraqlandıqlarını gizlətməyib.
“Nümayəndələrimizə göstəriş vermişəm ki, ABŞ prezidentinin komandası ilə əlaqə saxlasınlar və Rusiyanın qısamüddətli atəşkəs təklifinin təfərrüatını aydınlaşdırsınlar. Söhbətin konkret nədən getdiyini öyrənəcəyik: Moskvadakı parad üçün bir neçə saatlıq təhlükəsizlikdən, yoxsa daha böyük bir şeydən? Ukrayna hər hansı layiqli və effektiv formatda bunun üçün işləməyə hazırdır”, - deyə o qeyd edib.
Xatırladaq ki, Putin Trampla telefon danışığı zamanı 9 May - Qələbə Günü münasibətilə Ukraynada müvəqqəti atəşkəs tətbiq etməyi təklif edib. Ağ Ev rəhbəri Donald Tramp bu təşəbbüsü dəstəkləyib.
Hər iki ölkə lideri hazırkı vəziyyətdə Kiyevin uduzan tərəf olduğunu və Ukrayna hakimiyyətinin bu reallığı nə qədər tez qəbul etsə, bir o qədər yaxşı olacağını vurğulayıblar.
Müəllif: Adəm
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)














.jpg)