MDB
Medvedyevdən Avropaya ittiham: Yox olmağımızı istəyirlər
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedyev Avropa ölkələrini Rusiyaya qarşı düşmənçilikdə ittiham edən kəskin bəyanatla çıxış edib.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Medvedyev qeyd edib ki, hələ Rusiya Prezidenti olduğu dövrdə - Cənubi Osetiya və Abxaziya münaqişəsi zamanı Avropa ilə davamlı münasibətlər qurmağa çalışıb.
“Mənə elə gəlirdi ki, onlar bizim narahatlıqlarımızı başa düşürlər. Lakin təəssüf ki, sonrakı hadisələr bunun əksini sübut etdi. Avropa ölkələri Rusiyanın dediklərini eşitmir və eşitmək istəmir”, - deyə keçmiş prezident vurğulayıb.
Medvedyev Avropanın əsl niyyətini bu sözlərlə ifadə edib: “Açıq desək, onlar dövlətimizin süqutunu, yox olmasını istəyirlər”.
Xatırladaq ki, Qərb və Rusiya arasında ritorika getdikcə kəskinləşir. NATO-nun baş katibi Mark Rütte 2025-ci il üzrə hesabatında Rusiyanı alyans üçün “ən ciddi təhdid” adlandırıb. Ağ Evdən verilən son bəyanatda isə ABŞ-ın Avropanı Rusiyadan qorumaq üçün NATO-ya trilyonlarla dollar xərclədiyi vurğulanıb.
Müəllif: Adəm
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)














.jpg)