MDB
Zelenskinin Azərbaycanla bağlı təklifinə Moskvadan reaksiya
Rusiya Ukrayna ilə danışıqların Azərbaycanda keçirilməsi variantını müsbət qarşılamır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin rəsmi nümayəndəsi Ukrayna rəhbərliyinin Bakı ilə bağlı irəli sürdüyü təşəbbüsü şərh edərkən qısa cavab verib: “Hələlik bu barədə söhbət getmir”.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Bakıya səfəri zamanı Azərbaycan ərazisində Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçirməyə hazır olduğunu bəyan etmişdi.
Qeyd edək ki, Kremlin mövqeyinə görə, dövlət başçılarının görüşü yalnız konkret və hazır sənədlərin imzalanması (final mərhələsi) üçün mümkündür.
Xatırladaq ki, 2026-cı ilin əvvəlindən bəri tərəflər arasında üç məsləhətləşmə raundu keçirilib. Bunların sonuncusu fevralın ortalarında Cenevrədə baş tutub. Həmin görüşdən sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən sülh prosesində fasilə yaranıb.
Müəllif: Adəm
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı

























.jpg)












