MDB
Putin kiçik xalqların dilləri ilə bağlı göstəriş verdi
Rusiya Prezidenti Vladimir Putin azsaylı yerli xalqların dillərində məktəb dərsliklərinin hazırlanması üçün siyahının genişləndirilməsini təklif edib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Rusiya lideri aprelin 30-da Moskvadakı "Manej" sərgi salonunda keçirilən "Bilik. Birincilər" federal maarifləndirmə marafonuna gedib və azsaylı yerli xalqların nümayəndələri ilə görüşüb. Söhbət zamanı həmin xalqların dillərində dərsliklərin yaradılması məsələsi müzakirə olunub.
"Bizdə dərsliklərin hazırlandığı federal siyahı var. Orada təxminən 32 dil mövcuddur, lakin bu siyahını mütləq genişləndirmək lazımdır", - dövlət başçısı bildirib.
Putin qeyd edib ki, hazırkı siyahıda dillərin sayı azdır, ona görə də sayın artırılması vacibdir.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)














.jpg)