MDB
Erməni hüquq müdafiəçisi: "Azərbaycan müharibə edəcək, bizim üçün fəlakətli olacaq"
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca hakim "Vətəndaş müqaviləsi" partiyası və Baş nazir Nikol Paşinyana qarşı kampaniyalar, sərt açıqlamalar artmaqdadır.
Publika.az xəbər verir ki, müxalifətlə yanaşı artıq bəzi revanşist hüquq müdafiəçiləri də seçki mövzusunda açıqlamalar verərək Ermənistanın yenidən 10-15 il əvvəlki dövrə qayıtmalı olduğunu bildirirlər. Məsələn, erməni hüquq müdafiəçisi Nina Karapetyanç "24News"un efirində çıxışı zamanı deyib ki, ölkəsi uçuruma doğru sürüklənir və hakimiyyət dəyişikliyi labüddür: "Ermənistan yoldan keçən hər kəsin girib-çıxa biləcəyi və darvazası daim açıq olan təxribatların, terror hücumlarının və ümumilikdə hər şeyin mümkün olduğu bir məkana çevrilib".
Siyasi fəallığı ilə də seçilən hüquq müdafiəçisi iddia edib ki, guya Azərbaycan yenidən müharibə edəcək. O, uzun illər Azərbaycan torpaqlarını işğalda saxlamış Ermənistanın vəhşiliklərindən danışmaq əvəzinə guya erməni abidələrinə qarşı sərt tədbirlərin görüldüyünü iddia edib.
Nina bunun da günahını Paşinyanda görüb: "Nikol Paşinyan artıq Ermənistanı təmsil etmədiyi üçün Qarabağda baş verənlər barədə danışmır. Nikol Paşinyan və hakim "Vətəndaş müqaviləsi" partiyasının Ermənistan xalqı və ya Ermənistan Respublikasının gələcəyi ilə heç bir əlaqəsi yoxdur. Onlar açıq-aydın kollaborantlardan ibarət hökumət qurublar. Şəxsən Paşinyan kollaborantdır! O, digər ölkələrə xidmət edir. Onun əməllərinin genişlənməsi bizim üçün fəlakətli olacaq".
Müəllif: Tural
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
















.webp)








.jpg)












