MDB
Süleyman Ermənistanı qorxuya salıb: Ölkədə azyaşlıları zorlayan mafiya peyda olub
Ermənistanda pedofiliya və ümumilikdə qızlara qarşı cinsi zorakılıq halları artmaqdadır.
Publika.az xəbər verir ki, bu barədə "Mamul" nəşri məlumat yayıb. Sayt araşdırmaçı jurnalist Suzi Badoyana istinad edib. Badoyan bu mövzuda ölkədə müəmmalı proseslərin baş verməsi ilə bağlı həyəcan təbili çalıb. O, özünün "Facebook" səhifəsində yazıb:
"Tələbə qızlara qarşı təcavüz hadisələri ilə bağlı cinayət işi açılıb. Lakin bu istiqamətdə lazımi araşdırma aparılmayıb. Bu necə mümkündür axı? Bu ittiamla bağlı dəlilləri sabah dərc edəcəyəm! Bir daha təkrar edirəm ki, iki kişi bu insidentlə bağlı hələ də azadlıqdadır. Onlar hamı üçün real təhlükə yaradırlar və Vedi polisinin bununla bağlı fəaliyyətsizliyi qızlardan birinin ailə üzvünün qisas almasına səbəb olub..."
Erməni jurnalist qeyd edib ki, bu cinayətləri törədənlər xüsusi dəstə üzvləridir. Zorlamada iştirak edən həmin dəstə üzvləri hətta insidentdən sonra xəstəxanada əməliyyat da olunub və sonradan tibb müəssisəsindən uzaqlaşıblar. Onların ailə isə Vedidən qaçıb: "Vedi sakinləri bu barədə bizə məlumat veriblər. Evin qapısı bağlıdır və hazırda həmin şəxsi qohumlarının evlərində axtarırlar.
Yeri gəlmişkən, azyaşlılara təcavüz edənin yaxınlarından birinin onu gizlədərək İrəvandakı mənzilinə aparması barədə də məlumat var. Buna da təəccüblənməyin... Bəli, onun qohumu da yəqin ki, bu dəhşətli hadisə ilə barışıb. Dəstənin digər üzvü, təcavüzkar cinayətkar Süleyman adlı şəxsdir. O, hazırda azadlıqda sərbəst şəkildə gəzir və həyatından zövq alır. Bu, bizim reallığımızdır. Yazdığım acı hekayə ailə üzvlərinin müsahibələrinə və ifadələrinə əsaslanır".
Müəllif: Tural
-
Magazin206:16Günayın tətil FOTOLARI
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”

































