MDB
NATO Rusiya sərhədləri yaxınlığına QOŞUN YIĞIR
Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Artem Bulatov NATO-nun Kalininqrad vilayəti yaxınlığında döyüş imkanlarını sürətlə artırdığını bəyan edib.
Publika.az xəbər verir ki, o, bu barədə “RİA Novosti” agentliyinə müsahibəsində danışıb.
Diplomatın sözlərinə görə, bu fəaliyyətlər Baltik dənizində təhlükəsizliyi təmin etmək bəhanəsi altında həyata keçirilir.
Artem Bulatov Şimali Atlantika Alyansının Rusiya sərhədlərinin bilavasitə yaxınlığında öz hərbi və infrastruktur potensialını fəal şəkildə inkişaf etdirdiyini qeyd edib. O, NATO-nun regiondakı mühüm infrastruktur üzərində nəzarəti gücləndirməyə yönəlmiş və 2025-ci ilin yanvarında start götürən "Baltik keşikçisi" əməliyyatının başlanmasından bəhs edib.
Diplomat vurğulayıb ki, son aylarda NATO-nun hərbi təlimlərinin intensivliyi və miqyası artıb, bu isə alyansın üzvü olan ölkələr tərəfindən törədilən təxribatlarla müşayiət olunur. Onun bildirdiyinə görə, bu cür hərəkətlər Rusiyanın maraqları üçün daşımalar həyata keçirən gəmilərə qarşı yönəlib və Rusiya rəhbərliyi tərəfindən ciddi narahatlıqla qarşılanır.
Bulatov həmçinin Baltik dənizi üzərində hava məkanının patrullanmasının davam etdirildiyini və bunun regionda gərginliyin artmasının göstəricisi olduğunu bildirib. Rusiya XİN NATO-nun ölkə sərhədlərinə doğru genişlənməsini sürünən təcavüzün təzahürü kimi qiymətləndirib və beynəlxalq birliyi bu hərəkətlərə diqqət yetirməyə çağırıb.
Hüseyn İbadlı
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














.jpg)