MDB
Putin imzaladı: Melikovun yerinə Dağıstana onu rəhbər təyin etdi - FOTO
Rusiya prezidenti Vladimir Putin Dağıstan Respublikasının rəhbəri Serqey Melikovun vaxtından əvvəl vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb. Bildirilir ki, Melikov öz müraciəti ilə postunu tərk edib.
Publika.az xəbər verir ki, Putinin digər fərmanı ilə respublika rəhbəri vəzifəsinin müvəqqəti icrası Dağıstan Ali Məhkəməsinin keçmiş sədri Fyodor Şukinə tapşırılıb.
Qeyd edək ki, aprelin 30-da respublika nümayəndələri ilə görüşən Vladimir Putin Melikovun yeni iş yerinə keçəcəyini anons edib. Prezident onun region üçün böyük işlər gördüyünü vurğulasa da, sabiq rəhbərin hansı vəzifəyə təyin olunacağı hələlik açıqlanmır.
Xatırladaq ki, Serqey Melikov 2021-ci ildən Dağıstana rəhbərlik edirdi. Onun dövründə region bir neçə dəfə səs-küylü hadisələrlə gündəmə gəlib. Bu ilin aprelində baş verən genişmiqyaslı sel fəlakəti, 2024-cü ilin iyununda Dərbənddəki sinaqoq və kilsəyə silahlı hücum, həmçinin 2023-cü ilin oktyabrında Mahaçqala hava limanında baş verən kütləvi iğtişaşlar Melikovun hakimiyyəti dövrünün ən yadda qalan gərgin anları hesab olunur.
Müəllif: Adəm
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














.jpg)