MDB
Rusiyanın Koreya qorxusu: Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Rusiya tərəfi 2025-ci ilin yanvarında Ukrayna hərbçiləri tərəfindən Kursk vilayətində əsir götürülən iki Şimali Koreya vətəndaşının dəyişdirilməsi üçün iki dəfə müraciət edib. Lakin Moskva digər xarici əsirlərlə ümumiyyətlə maraqlanmır.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahının katibliyinin rəhbəri Boqdan Oxrimenko “Ukrinform”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bəzi hallarda Rusiya tərəfini hətta öz vətəndaşlarını geri götürməyə razı salmaq lazım gəlir:
“Bura həm də Rusiya tərəfində döyüşən xarici vətəndaşlar daxildir. Hazırda bizim əsirliyimizdə onların sayı kifayət qədərdir. Amma danışıqlar prosesində Rusiya onlarla maraqlanmır. Şimali koreyalılardan başqa Rusiya tərəfinin heç bir sorğusu olmayıb. Bir neçə dəfə yalnız onların qaytarılıb-qaytarılmayacağını soruşublar”.
Oxrimenko bildirib ki, əsir düşən iki Şimali Koreya vətəndaşının Cənubi Koreyaya təhvil verilməsi məsələsi kifayət qədər həssasdır. Onun sözlərinə görə, beynəlxalq humanitar hüquqa əsasən, əsirlərə görə məsuliyyət onları münaqişəyə cəlb edən dövlətin - yəni Rusiyanın üzərinə düşür:
“Əgər diplomatlar və hüquqşünaslar bu tələblərə uyğun mexanizm tapsalar, biz bu variantı nəzərdən keçirməyə hazırıq. Ukrayna vaxtilə Üçüncü və Dördüncü Cenevrə konvensiyalarını ratifikasiya edib və biz onlara əməl etməliyik. Çünki Rusiya özü bu normalara riayət etməsə də, bizi ittiham edə və presedent yarada bilər”.
Oxrimenko əlavə edib ki, beynəlxalq hüquqda “geri göndərməmə prinsipi” mövcuddur: “Əgər hərbi əsir geri qayıtmaq istəmirsə və başqa mexanizm yoxdursa, bu məsələ həll olunana qədər onları saxlamağa davam edəcəyik”.
Müəllif: Adəm
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














