MDB
Tbilisi və Kiyev arasında üç illik buzlar əridi: Kobaxidze ilə Zelenski görüşdü
Gürcüstan və Ukrayna rəhbərliyi arasında uzunmüddətli fasilədən sonra mühüm diplomatik təmas baş tutub.
Publika.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Gürcüstan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş Ukrayna tərəfinin təşəbbüsü ilə reallaşıb.
Tərəflər iki ölkə arasındakı mövcud münasibətləri və əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri də iştirak edib.
Qeyd edək ki, bu, 2021-ci ilin avqustundan bəri Tiflis və Kiyev arasında yüksək səviyyəli ilk rəsmi təmasdır. Sonuncu dəfə analoji görüş Gürcüstanın eks-baş naziri İrakli Qaribaşvilinin Ukraynaya səfəri zamanı baş tutmuşdu.
Xatırladaq ki, bir müddət əvvəl İrakli Kobaxidze Zelenskinin tənqidlərinə cavab verməkdən imtina edərək, müharibə şəraitində olan ölkənin rəhbəri ilə mübahisəyə girməyi lazımsız hesab etdiyini bildirmişdi.
Müəllif: Adəm
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














.jpg)