MDB
Ukrayna dronları Moskva üzərində: Rusiyadan "hamısını vurmaq olmur" etirafı
Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfindən həyata keçirilən kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu barədə rəsmi məlumat yayıb.
Publika.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, mayın 4-ü saat 20:00-dan mayın 5-i saat 07:00-a qədər davam edən hava hücumu zamanı Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən 289 Ukrayna dronu məhv edilib.
PUA-lar Rusiyanın 18 müxtəlif ərazilərində, o cümlədən Bryansk, Belqorod, Voronej, Kursk, Kaluqa və Smolensk vilayətləri üzərində zərərsizləşdirilib. Həmçinin Oryol, Tver, Tula, Ryazan, Pskov, Novqorod, Leninqrad, Rostov, Volqoqrad vilayətləri, Krasnodar diyarı və Tatarıstan üzərində də döyüş əməliyyatları aparılıb. Ukrayna dronlarının Moskvaya qədər çatdığı bildirilir.
Bundan əlavə, Azov dənizi akvatoriyasında da dronların vurulduğu qeyd olunub. Lakin nazirlik hücumun çox genişmiqyaslı olduğunu və bütün hədəflərin qarşısının alınmasının mümkün olmadığını etiraf edib.
Məlumata görə, hücumlar nəticəsində Çeboksarı şəhəri və Bryansk vilayətində xəsarət alanlar var.
Müəllif: Adəm
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














