MDB
Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
Rusiya 9 May Qələbə Günü ərəfəsində Ukraynaya qarşı ən sərt xəbərdarlığını edib. Moskva bəyan edib ki, əgər bayram tədbirləri zamanı hər hansı təxribata əl atarlarsa, Kiyev “Xancər” (Kinzhal) hipersəs raket kompleksləri ilə hədəfə alınacaq.
Publika.az xəbər verir ki, hərbi ekspert Vasili Dandıkin "İzvestiya"ya müsahibəsində Moskvanın cavabının sarsıdıcı olacağını bildirib.
"Bizim arsenalımızda həm ballistik, həm də qanadlı raketlərdən ibarət geniş çeşid var. "Xəncər" tipli hipersəs raketləri də bura daxildir. Lazım gələrsə, onların hamısı işə salına bilər", - deyə ekspert vurğulayıb.
Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin isə hesab edir ki, bu cür xəbərdarlıqlar Ukrayna rəhbərliyinə "ayıldıcı" təsir göstərməlidir.
O, 9 Mayın insidentsiz keçəcəyinə ümid etdiyini bildirərək deyib: "Niyə biz Rusiyaya, onun müqəddəs dəyərlərinə və yaddaşına qarşı yönələn terrora və kobudluğa sakit yanaşmalıyıq? Hesab edirəm ki, bu, normal və ayıltmaq üçün yerində verilmiş bəyanatdır".
Müəllif: Adəm
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














