MDB
Qərb nasistləri cəzalandırmaq əvəzinə onları qorudu - Medvedyev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, "Vahid Rusiya" partiyasının sədri Dmitri Medvedyev Almaniyanın faşizm keçmişi ilə bağlı səs-küy yaradacaq məqalə ilə çıxış edib.
Publika.az xəbər verir ki, Qələbənin 81-ci ildönümü ərəfəsində dərc olunan məqalədə siyasətçi Almaniyanın əslində heç vaxt real "denasifikasiya" (nasist ideologiyasından təmizlənmə) prosesindən keçmədiyini iddia edib.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin 1952-ci ilə aid arxiv sənədlərinə istinad edən Medvedyev bildirib ki, Qərb dövlətləri nasist cinayətkarlarını cəzalandırmaq əvəzinə, onlara bəraət qazandırmaq yolunu tutublar.
Onun sözlərinə görə, ifrat faşist təşkilatlarının ləğvi və ictimai məkanların təmizlənməsi istisna olmaqla, bütün proses formal xarakter daşıyıb: "Anqlosakslar özlərinə lazım olan Hitlerin hərbi iqtisadiyyat rəhbərlərini və iri ranqlı nasistləri qorumaq üçün “kiçikləri asmaq, böyüklərə bəraət vermək” prinsipi ilə hərəkət ediblər".
Medvedyev vurğulayıb ki, İkinci Dünya müharibəsinin dərsləri Qərbdə hələ də mənimsənilməyib. O, bəzi Avropa ölkələrində neonasist ideologiyasının faktiki olaraq reabilitasiya olunduğunu qeyd edərək, Rusiyanın tarixi həqiqətlərə və veteranlar qarşısındakı borcuna sadiq qalacağını bəyan edib.
Siyasətçinin fikrincə, vaxtilə Almaniyada yarımçıq saxlanılan bu proses bu gün Avropada yeni siyasi böhranların təməlini qoyub.
Müəllif: Adəm
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














