MDB
Rusiyadan Ermənistanın Belarusla bağlı fikirlərinə sərt reaksiya gəldi
Rusiya və Belarusa qarşı sərt jestlər Ermənistanın Ukraynanın yolunu təkrarladığını göstərir.
Publika.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının senatoru Vladimir Cabarov "Vzqlyad"a verdiyi müsahibədə bildirib.
Ermənistan Parlamentinin spikeri Alen Simonyan daha əvvəl Belarusu Rusiya ilə münasibətlərinə görə əyalətlə müqayisə etmişdi.
Buna cavab olaraq Minsk respublikanın suveren dövlət olduğunu və müttəfiqləri ilə iş formatını müstəqil şəkildə müəyyən etdiyini vurğulamışdı.
Simonyanın açıqlamasına reaksiya verən Cabarov Ermənistan hakimiyyətinin Ukraynanın yolunu tutmaq qərarına gəldiyi barədə fikirlərini bildirib. “Bu siyasətin bir hissəsi olaraq, İrəvan Avropa Birliyi ilə flört edir, Minsklə mübahisə edir və Rusiyadan uzaqlaşmağa çalışır”, - deyə senator bildirib.
O, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski də daxil olmaqla Avropa liderlərinin iştirakı ilə İrəvanda keçirilən sammiti iyun ayına planlaşdırılan parlament seçkiləri ərəfəsində Ermənistan seçicilərinin iradəsinə təsir göstərmək cəhdi kimi xarakterizə edib.
Mayın 5-də Belarus Xarici İşlər Nazirliyinin Ermənistanın Minskdəki müvəqqəti işlər vəkili Artur Sarkisyanı çağırdığı bildirilib. Diplomata İrəvanın qeyri-dost hərəkətləri ilə bağlı sərt etiraz bildirilib və müvafiq nota verilib.
Müəllif: Tural
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














