MDB
Qara dəniz kurortlarından kütləvi imtinalar başladı - Nə baş verir?
Rusiyada turistlər Qara dəniz sahillərində yerləşən kurortlar üçün etdikləri bronları kütləvi şəkildə ləğv etməyə başlayıblar.
Publika.az xəbər verir ki, buna səbəb bölgədə baş verən neft məhsulları sızması və ekoloji vəziyyətlə bağlı narahatlıqlardır. Xüsusilə Krasnodar diyarı və Tuapse istiqamətində istirahət planlaşdıran turistlər səfərlərdən imtina edir.
Turizm sektorunda çalışan nümayəndələrin sözlərinə görə, insanlar dəniz sahillərindəki ekoloji durumun yay mövsümünə qədər tam bərpa olunacağına inanmırlar. Bu səbəbdən bir çox turist alternativ istirahət məkanları axtarmağa başlayıb.
Məlumata görə, son həftələrdə Tuapse bölgəsində neft məhsullarının dənizə və sahilboyu ərazilərə yayılması ilə bağlı xəbərlər ciddi narahatlıq yaradıb. Sosial şəbəkələrdə çirklənmiş çimərliklər və qaralmış sahillərlə bağlı görüntülər yayılıb.
Ekspertlər bildirirlər ki, vəziyyət turizm sektoruna ciddi iqtisadi zərbə vura bilər. Xüsusilə yay mövsümündə Qara dəniz sahillərinə turist axınının azalacağı ehtimal edilir.
Qeyd edilir ki, bəzi bölgələrdə hotellər və istirahət mərkəzləri artıq bronların ləğvi səbəbindən endirim kampaniyalarına başlayıblar. Buna baxmayaraq, turistlərin böyük hissəsi risk etmək istəmir.
Xatırladaq ki, Qara dənizdə neft sızması ilə bağlı problem ötən ildən gündəmdədir. Kerç boğazında baş vermiş tanker qəzasından sonra dənizə minlərlə ton mazutun axdığı bildirilmişdi. Mütəxəssislər bunun bölgənin ekosisteminə uzunmüddətli təsir göstərə biləcəyini açıqlayıblar.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı



















.jpg)



.jpg)


.jpg)













