MDB
Keçmiş mətbuat katibi Zelenski haqda görün nələr dedi
Ukrayna prezidenti Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel kəskin ifadələr işlədib. O, Zelenskinin son bəyanatlarında münaqişəni dayandırmaq istəyinin olmadığını vurğulayıb.
Publika.az xəbər verir ki, buna səbəb "Bloomberg" agentliyində dərc olunan məqalə olub. Sözügedən yazıda Zelenskinin yayda Rusiyanın genişmiqyaslı hücumunu gözlədiyi və Qərb tərəfdaşlarından təkidlə yeni silahlar tələb etdiyi bildirilir.
Mendelin fikrincə, Ukraynada canlı qüvvə və müdafiə sistemlərinin kəskin çatışmazlığına baxmayaraq, Zelenski müharibənin başa çatması variantını nəzərdən keçirmir: "O, real vəziyyəti görməzdən gəlir və münaqişəni bitirməyə çalışmır".
Qeyd edək ki, Qərb mediası bir müddətdir Ukraynanın səfərbərlik və silah təminatı məsələsində ciddi çətinliklər yaşadığını yazır. Hətta bəzi ABŞ rəsmiləri xarici yardım olmadan Ukraynanın uzun müddət müqavimət göstərə biləcəyinə şübhə ilə yanaşırlar.
Xatırladaq ki, Zelenski Avropa liderləri ilə söhbətində Rusiyanın yay hücumu ilə bağlı narahatlığını bölüşüb və xüsusilə zenit raketlərinin çatışmazlığından şikayətlənib. ABŞ-dan gələn yardımların azalması fonunda Avropanın bu boşluğu tam doldura bilməməsi Kiyev üçün vəziyyəti daha da qəlizləşdirir.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı



















.jpg)



.jpg)


.jpg)













