MDB
Rusiyadan Ermənistana növbəti xəbərdarlıq: Onlar sizi təhlükəli oyuna sürükləyir
Avropa İttifaqı Ermənistanı mövcud təhlükəsizlik və iqtisadi sistemdən uzaqlaşdırmağa çalışır.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti “İzvestiya”ya açıqlamasında bildirib.
Rusiya XİN-in bəyanatında qeyd olunub ki, Brüssel Cənubi Qafqazda və xüsusilə Ermənistanda öz geosiyasi maraqlarını “demokratiyaya dəstək”, “islahatlara yardım” və “tərəfdaşlığın dərinləşdirilməsi” kimi şüarlarla gizlədir.
“Bu çağırışların arxasında tamamilə praqmatik hesab dayanır - Ermənistanı etibarlı təhlükəsizlik sistemindən və sabit iqtisadi əlaqələrdən qoparmaq. Üstəlik, onilliklər ərzində ölkənin sabitliyini təmin edən mexanizmlərə alternativ təqdim olunmur”, - deyə Rusiya XİN vurğulayıb.
Bəyanatda bildirilib ki, Avropa rəsmiləri özləri də Ermənistanın Aİ-yə mümkün üzvlüyünün yaxın perspektiv məsələsi olmadığını etiraf edir:
“Bu yol onilliklər çəkə bilər və yekun nəticəyə dair heç bir zəmanət yoxdur. Amma namizəd ölkələrin Brüsselin siyasi iradəsindən asılı vəziyyətə düşməsi çox tez baş verir”.
Rusiya tərəfi həmçinin xatırladıb ki, Ermənistan hələ də Moskvanın müttəfiqidir və Avrasiya İqtisadi İttifaqı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tamhüquqlu üzvüdür.
Diplomatlar rəsmi İrəvanın addımlarının bəzi hallarda həm ikitərəfli öhdəliklərə, həm də çoxtərəfli formatlara zidd getdiyini də vurğulayıblar.
“Ümid edirik ki, Ermənistan rəhbərliyi yad geosiyasi oyunlara alət olmayacaq və ölkənin uzunmüddətli milli maraqlarını ön plana çıxaracaq. İrəvan Aİ-nin Ermənistanın xarici iqtisadi əlaqələri genişləndirmək istəyindən istifadə edərək mövcud siyasi, tarixi, humanitar və iqtisadi münasibətlərə zərər vurmasına imkan verməməlidir”, - deyə bəyanatda qeyd olunub.
Müəllif: Adəm
-
Magazin206:16Günayın tətil FOTOLARI
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”

































