MDB
Rusiya jurnalistlərini beynəlxalq təşkilatdan qovdular
Rusiya Jurnalistlər Birliyi Beynəlxalq Jurnalistlər Federasiyasından (BJF) çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov “Lenta.ru”ya bildirib.
Solovyovun sözlərinə görə, Rusiya təşkilatının üzvlüyü əvvəllər Rusiyanın işğal etdiyi Donetsk və Luqansk, eləcə də Xerson və Zaporojye vilayətlərində Rusiya Jurnalistlər Birliyinin filiallarının yaradılmasından sonra dondurulmuşdu.
"Donetsk, Luqansk, Xerson və Zaporojyedə filiallarımızı qurduğumuz zaman Brüsseldə üzvlüyümüzün dondurulması barədə qərar qəbul edildi", - Rusiya Jurnalistlər Birliyinin rəhbəri bildirib.
O, həmçinin Rusiya Jurnalistlər Birliyinin Parisdə keçirilən Beynəlxalq Jurnalistlər Federasiyasının yüz illik konqresinə dəvət olunduğunu, lakin Rusiya nümayəndə heyətinin iştirak etməkdən imtina etdiyini və iştirakçılara BJF rəhbərliyinin hərəkətləri ilə bağlı mövqeyini əks etdirən sənəd göndərdiyini bildirib.
Rusiya Jurnalistlər Birliyi əvvəllər bir neçə Rusiya media orqanına qarşı Aİ sanksiyalarına etiraz etmişdi. Təşkilat bu cür tədbirlərin söz azadlığı prinsiplərini pozduğunu və alternativ baxışlara çıxışı məhdudlaşdırdığını bildirmişdi.
Müəllif: Tural
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı



















.jpg)



.jpg)


.jpg)













