MDB
Kiyevdəki bunkerləri dağıdarıq - Rusiyadan 9 May hədəsi
Rusiya Ukraynanın 9 May – Qələbə Günü münasibətilə Moskvaya mümkün hücum cəhdinə çox sərt cavab verə biləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya qəhrəmanı, general-mayor Serqey Lipovoy “AİF” nəşrinə müsahibəsində danışıb.
O bildirib ki, Ukrayna rəhbərliyi mümkün cavab zərbəsindən gizlənə bilməyəcək: “Rusiya təbii ki, son dərəcə sərt cavab verəcək”, - deyə general vurğulayıb.
Lipovoyun sözlərinə görə, Rusiya ordusunun arsenalında istənilən hədəfi, o cümlədən yeraltı bunkerləri məhv etməyə qadir silahlar var: “Bizdə istənilən zirehi və bunkeri deşən “Oreşnik”lər var. Xüsusi beton dağıdan bombalarımız sovet dövründən qalan yeraltı sığınacaqları da məhv edə bilər. Kiyev rəhbərliyi məhz belə bunkerlərdə gizlənir. Bundan əlavə, səs sürətini üstələyən “Sirkon” və “Xəncər” raketləri mövcuddur və heç bir hava hücumundan müdafiə sistemi onları tuta bilmir”.
General əlavə edib ki, Ukrayna tərəfindən 9 May günü hər hansı təxribat olarsa, cavab sürətli və kompromissiz olacaq: “Kiyevin mərkəzinə, rəhbərliyin gizləndiyi bunkerlərə zərbə endirilməsi də istisna deyil”.
Məlumata görə, qələbənin 81-ci ildönümü münasibətilə Rusiya ordusu cəbhə bölgəsində atəşkəs rejiminə əməl edib. Buna baxmayaraq, Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfinin atəşkəsi 1630 dəfə pozduğunu iddia edib.
Bildirilib ki, Belqorod və Kursk vilayətlərinin atəşə tutulmasına, həmçinin pilotsuz uçuş aparatlarının hücumlarına cavab olaraq Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin idarəetmə məntəqələri və atəş nöqtələrinə zərbələr endirib.
Müəllif: Adəm
-
Magazin206:16Günayın tətil FOTOLARI
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”

































