MDB
Putin Zelenski ilə görüş üçün şərtləri açıqladı
Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə üçüncü ölkədə görüşünün sülh müqaviləsi üzrə yekun razılaşmalar əldə olunduğu təqdirdə mümkün olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
O bildirib ki, üçüncü ölkədə görüşmək olar, lakin bu, yalnız uzunmüddətli tarixi perspektiv üçün nəzərdə tutulmuş sülh müqaviləsi barədə yekun razılıq əldə edildiyi halda mümkündür. Rusiya prezidenti bunun yekun nöqtə olmalı olduğunu əlavə edib.
Mətbuat konfransı zamanı Rusiya lideri münaqişənin sona çatmasına yaxın olduqlarını da qeyd edib. Onun sözlərinə görə, ABŞ hərbi əməliyyatlara son qoymağa çalışır, Avropa ölkələri isə gərginliyi artırır. Fransa prezidenti Emmanuel Makronun 2022-ci ildə sülh müqaviləsinin imzalanmasına mane olanlardan biri olduğu vurğulanıb.
Xatırladaq ki, Putin və Zelenski arasında sonuncu üzbəüz görüş 9 dekabr 2019-cu il tarixində Parisdə, Normandiya dördlüyünün sammiti zamanı baş tutub.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
















.jpg)





.jpg)


.jpg)













