MDB
Belarusu görün kimlər təhdid edir... - Lukaşenkodan şok açıqlama
Belarusu xalqlar deyil, revanşistlər - SS-çilərin nəsilləri və meşə qardaşları kimi hərəkatların keçmiş iştirakçıları təhdid edir.
Publika.az xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko bəyan edib.
O, Minskdə Qələbə monumentinə əklil və çiçək qoyma mərasimindən sonra bildirib ki, Qələbə bayrağı bu gün onların əlindədir. O, bu bayrağı nəsildən-nəslə ötürərək həmin müharibə haqqındakı həqiqət, qalib statusu və öz torpaqlarında öz yollarını seçmək suveren hüququ uğrunda bütün cəbhələrdə mübarizə apardıqlarını qeyd edib.
Lukaşenko həmçinin deyib ki, faşizm bu gün xarici formasını dəyişsə də, mahiyyət etibarilə əvvəlki təhdid olaraq qalır. O vurğulayıb ki, bəzilərinin digərlərindən üstün olması ideyaları dünyaya yeni yaralar vurmaqda davam edir.
Belarus Prezidenti tarixi təhrif edənlərə, xüsusilə sovet əsgərlərinin qalıqlarını kənarlaşdıranlara və sovet xalqının şücaətini mif adlandıranlara diqqət çəkib.
Xatırladaq ki, SS (Almanca: Schutzstaffel - "mühafizə dəstəsi") — 1925–1945-ci illərdə Adolf Hitlerin rəhbərliyi altında Nasional Sosialist Alman Fəhlə Partiyasının tərkibində fəaliyyət göstərmiş hərbiləşdirilmiş təhlükəsizlik təşkilatıdır.
1923-cü ildə SS, Münhendə partiya iclaslarının təhlükəsizliyini təmin etmək üçün partiya könüllülərindən ibarət Saal-Schutz ("Zal Mühafizəsi") kimi tanınan kiçik mühafizə dəstəsi ilə fəaliyyətə başlayıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
















.jpg)





.jpg)


.jpg)













