MDB
Putin keçmiş baş naziri şou-biznes nümayəndəsi adlandırdı
Rusiya Prezidenti Vladimir Putin jurnalistlərlə ünsiyyət zamanı Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonu şou-biznes nümayəndəsi adlandırıb.
Publika.az xəbər verir ki, dövlət başçısının bu sözlərini "RİA Novosti" agentliyi yayıb.
Putinin sözlərinə görə, 2022-ci ildə Ukrayna tərəfi ilə İstanbul razılaşmaları əldə olunduqdan və sənəd ilkin olaraq imzalandıqdan sonra fransalı həmkarı Emmanuel Makron ona zəng edərək Ukraynanın belə tarixi sənədləri gicgahına tapança dayanmış vəziyyətdə imzalaya bilməyəcəyini deyib. Rusiya lideri qeyd edib ki, məhz bu söhbətdən sonra Rusiya qoşunları Kiyev ətrafından geri çəkilib.
Rusiya Prezidenti əlavə edib ki, daha sonra Ukraynaya şou-biznesin daha bir nümayəndəsi — həmin vaxt Böyük Britaniyanın hökumət başçısı olan Boris Conson gəlib və Moskva ilə sazişin ədalətsiz olduğunu iddia edərək onun imzalanmasının mümkünsüzlüyünü bəyan edib.
Həmçinin Putin bildirib ki, Qərb 2022-ci ildə Rusiyanın sürətli süqutuna ümid edirdi. Onun sözlərinə görə, Qərb ölkələri hər şeyin dağılacağını gözləsələr də, bu baş verməyib.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
















.jpg)





.jpg)


.jpg)













