MDB
Ermənistan seçkiləri uğrunda böyük oyun: Rusiya Aİ-ni hədəf aldı
Avropa İttifaqı Ermənistanda keçiriləcək parlament seçkilərindən öz maraqları üçün istifadə etməyə çalışır.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin TASS-a açıqlamasında deyib.
Kalugin iddia edib ki, Aİ-nin regionda fəaliyyəti Ermənistanın daxili siyasətinə təsiri artırmaq və ölkəni Rusiyadan uzaqlaşdırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, Avropa tərəfi Ermənistana təhlükəsizlik və iqtisadi inkişafla bağlı real alternativ təqdim etmir.
Rusiya rəsmisi həmçinin bildirib ki, Aİ-nin İrəvanda həyata keçirdiyi missiyalar və siyasi təşəbbüslər seçki öncəsi ictimai rəyə təsir etməyə yönəlib. O, Brüsselin regionda geosiyasi məqsədlər güddüyünü və bunun Cənubi Qafqazda vəziyyəti dəyişdirə biləcəyini iddia edib.
XİN rəsmisi əlavə edib ki, Ermənistan-Aİ əməkdaşlığı çərçivəsində vəd edilən investisiyaların reallığı ilə bağlı suallar var və bəzi layihələrin icrası hələ də qeyri-müəyyən qalır.
O, sonda vurğulayıb ki, Ermənistanın həm Avrasiya, həm də Avropa inteqrasiyası arasında paralel siyasət aparması çətinliklər yarada bilər və eyni anda iki istiqamətdə irəliləmək mümkün deyil.
Müəllif: Publika.az
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı












.jpg)









.jpg)


.jpg)













