MDB
Moskvadan Brüsselə sərt ittiham: Avropa İttifaqı şansını birdəfəlik itirdi
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib ki, Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibəsinin nizamlanmasında konstruktiv iştirak edə bilməz. Buna səbəb qurumun müharibəni uzatmaq üçün hər şeyi etməsidir.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, diplomat hazırda rəsmi Brüssel ilə dialoq üçün şəraitin olmadığını vurğulayıb.
“Bizim Avropa İttifaqı ilə dialoq üçün heç bir şəraitimiz yoxdur. Reallıq budur ki, Aİ başlanğıcdan Ukrayna böhranının mərkəzində dayanıb”, - deyə Qruşko bildirib.
XİN rəsmisi qeyd edib ki, Avropa strukturları eskalasiyaya görə birbaşa məsuliyyət daşıyır, çünki böhran məhz onların hərəkətləri nəticəsində tətiklənib. Nazir müavininin sözlərinə görə, Brüsselin vaxtilə Minsk sazişləri çərçivəsində neytral mövqe tutmaq və sülhün qarantı olmaq kimi tarixi imkanı olsa da, bu şans artıq birdəfəlik əldən verilib.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı












.jpg)









.jpg)


.jpg)













