MDB
Rusiya “Telegram”ı növbəti dəfə cərimələdi: Milyonlar ödəməli olacaq
Moskvanın Taqan şəhər məhkəməsi Rusiyada qadağan olunmuş məlumatları silməkdən imtina etdiyi üçün “Telegram” messencerini 3,8 milyon rubl (təxminən 70 min manatdan çox) məbləğində cərimələyib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı TASS məhkəmənin mətbuat xidmətinə istinadən yayıb.
Məhkəmənin qərarına əsasən, “Telegram Messenger Inc.” Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin informasiyaya çıxışın məhdudlaşdırılması qaydasının pozulması maddəsi ilə təqsirli bilinib.
Xatırladaq ki, bu, messencerin üzləşdiyi ilk maliyyə sanksiyası deyil. Mayın 5-də şirkət analoji səbəbdən 7 milyon rubl məbləğində cərimələnmişdi. Aprel ayının sonunda da platformaya qarşı eyni məbləğdə cərimə tətbiq olunmuşdu.
Bu ilin mart ayına olan məlumatlara görə, “Telegram”ın qanun pozuntularına görə ödənilməmiş cərimə borcları artıq 35,9 milyon rubla (təxminən 665 min manat) çatıb.
Bundan əlavə, son dövrlər platformanın Rusiyada milyonlarla istifadəçi itirdiyi barədə məlumatlar da yayılmaqdadır.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı












.jpg)









.jpg)


.jpg)













