MDB
Lukaşenko orduya tapşırıq verdi: Müharibəyə hazırlaşın
Belarus prezidenti Aleksandr Lukaşenko ölkə ordusunun mümkün müharibəyə hazır vəziyyətdə saxlanılmasının vacibliyini bildirib. O qeyd edib ki, münaqişədən yayınmaq istəsə də, silahlı qüvvələr daim döyüş hazırlığında olmalıdır.
Publika.az xəbər verir ki, Lukaşenko orduda bəzi bölmələrin “nöqtəvi səfərbərlik” prinsipi ilə hazırlıq vəziyyətinə gətiriləcəyini deyib. Onun sözlərinə görə, bu addımlar ordunun döyüş qabiliyyətinin qorunmasına xidmət edir.
Xatırladaq ki, yanvarın 16-da Lukaşenkonun göstərişi ilə Belarus ordusunda qəfil genişmiqyaslı yoxlamalara başlanılıb. Yanvarın 26-da müdafiə naziri Viktor Xrenin hərbi birləşmə və hissələrin döyüş hazırlığının yoxlanıldığını açıqlamışdı. Martın 13-də isə Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç bu tədbirlərin başa çatdığını məruzə edib.
Belarus lideri yoxlamalar zamanı aşkarlanan çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb və xüsusilə müdafiə nazirini bu məsələlərə ciddi yanaşmağa çağırıb.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı












.jpg)









.jpg)


.jpg)













