MDB
Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
Rusiya hökuməti ölkədə kəskin şəkildə pisləşən demoqrafik vəziyyəti xilas etmək üçün irimiqyaslı plan hazırlayıb.
Publika.az xəbər verir ki, Rusiyanın əmək və əhalinin sosial müdafiəsi naziri Anton Kotyakov ölkədə doğum əmsalı ilə bağlı hədəfləri açıqlayıb.
Nazirin sözlərinə görə, mövcud demoqrafik tendensiyaları dəyişmək şərtilə, 2030-cu ilə qədər doğum əmsalını 1,6-ya, 2036-cı ilə qədər isə 1,8-ə çatdırmaq planlaşdırılır.
A.Kotyakov qeyd edib ki, yeni ailə siyasətində coğrafi yanaşmaya xüsusi önəm veriləcək. Hökumət doğum göstəricilərinin ən kritik həddə olduğu regionlara birbaşa dəstək göstərəcək. Əsas məqsəd ailələrin daha çox uşaq dünyaya gətirməsi üçün lazımi şərait yaratmaqdır.
Yaxın vaxtlarda Rusiya hökuməti valideynlərə yönəlmiş həm maddi, həm də sosial xarakterli yeni dəstək tədbirlərini və təşəbbüslərini ictimaiyyətə təqdim edəcək.
Qeyd olunur ki, BMT-nin məlumatlarına görə, hər qadına 1,6 uşaq göstəricisi Litva və Latviyada qeydə alınıb. Rusiyada isə bu göstərici hazırda daha aşağı - 1,5 uşaq səviyyəsindədir.
Müəllif: Adəm
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO


































