MDB
Rusların "Buxanka"sında ABŞ-ın gizli silahı tapıldı: Süni intellektlə işləyir
ABŞ istehsalı olan “Hornet” kamikadze pilotsuz uçuş aparatı Rusiyanın məşhur “Buxanka” kimi tanınan UAZ SGR avtomobilinin damında görüntülənib.
Publika.az xəbər verir ki, bununla bağlı məlumatı "Military Informant" "Telegram" kanalı yayıb.
Kadrlardan görünür ki, avtomobil maskalanma toru ilə örtülüb və Rusiya hərbçiləri tərəfindən istifadə olunur. İddialara görə, dron cəbhə xəttində Ukrayna mövqelərindən qənimət kimi ələ keçirilib.
“Hornet” pilotsuz aparatı Ukrayna Silahlı Qüvvələri tərəfindən əsasən Rusiya ordusunun logistikasına qarşı istifadə olunur. Dron süni intellekt elementləri və “Starlink” terminalları ilə təchiz edildiyindən operatorla daimi əlaqə olmadan avtonom fəaliyyət göstərə bilir.
Məlumata görə, bu aparat xüsusilə cəbhə bölgəsində və dərin arxa cəbhədə hərbi texnikaların, o cümlədən təchizat üçün istifadə olunan “Buxanka” tipli avtomobillərin məhv edilməsi məqsədilə hazırlanıb.
“Hornet”in ən təhlükəli xüsusiyyətlərindən biri onun yüksək avtonomluğa malik olmasıdır. Belə ki, pilotsuz aparat radioelektron mübarizə vasitələrinin yaratdığı maneələrə qarşı davamlı hesab olunur və daimi pilot idarəetməsinə ehtiyac duymur.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı












.jpg)









.jpg)


.jpg)













