MDB
Moskvada yeni qadağa: bunu edənlər 200 min cərimələnir
Moskvada terror aktlarının və pilotsuz uçuş aparatlarının hücumlarının nəticələri barədə məlumatların yayılmasına görə 200 min rubla qədər cərimə tətbiq edilir.
Publika.az xəbər verir ki, müvafiq qərar Moskva meri və şəhər hökumətinin rəsmi saytında dərc olunub.
Bildirilir ki, bu məhdudiyyətlər paytaxtın antiterror komissiyası tərəfindən yanlış məlumatların yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilib.
Yeni qaydalara əsasən, dövlət orqanlarına, tabeliyində olan qurumlara, mediaya, fövqəladə xidmətlərə, hüquqi şəxslərə və vətəndaşlara Moskva ərazisində terror aktları və PUA hücumları ilə bağlı mətn, foto və videomaterialları Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatı, paytaxt meri və hökumətinin saytındakı paylaşımlar, həmçinin şəhər rəhbərinin rəsmi hesabları və bloqlarında dərc olunan məlumatlar yayılana qədər paylaşmaq qadağan edilir. Məhdudiyyətlər, həmçinin pilotsuz uçuş aparatlarının və digər zərbə vasitələrinin hücumlarının nəticələri, vətəndaşların həyat və sağlamlığına zərər vura biləcək hərəkətlər, eləcə də kritik əhəmiyyətli infrastruktur da daxil olmaqla müxtəlif obyektlərə dəyən zərərlə bağlı məlumatlara da şamil olunur.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı












.jpg)









.jpg)


.jpg)













