MDB
Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
Qırğızıstan baş naziri Adılbek Kasıməliyev dövlət qulluqçularına yay aylarında işə pencəksiz gəlməyi tapşırıb.
Publika.az xəbər verir ki, o, mayın 13-də keçirilən işçi müşavirədə məmurların enerji sərfiyyatına qənaət məqsədilə yalnız köynəklə işə gəlmələrinin vacibliyini bildirib.
“Hamımız kostyumları çıxarmalı və işə köynəklə gəlməliyik”, - deyə hökumət başçısı vurğulayıb.
Kasıməliyev bildirib ki, bu addımın nümunəsi kimi Yaponiyanın təcrübəsi götürülüb. Onun sözlərinə görə, Yaponiya 2005-ci ildə “Cool Biz” adlı kampaniyaya başlayaraq kondisionerlərdən istifadənin azaldılması və daha sərbəst geyim qaydalarının tətbiqi ilə milyardlarla yen qənaət edib.
“Yaponiyada belə təcrübə olub. Yayda elektrik enerjisindən istifadə çox artdığı üçün onlar bu formaya keçdilər. İnsanlar işə qalstuksuz köynəklə gəlməyə başladılar və nəticədə dövlət milyardlarla yenə qənaət etdi”, - deyə o əlavə edib.
Məlumata görə, son beş ildə Qırğızıstanda elektrik enerjisi istehlakı 25 faizdən çox artıb. Belə ki, bu göstərici 2020-ci ildəki 15,4 milyard kilovat-saatdan 2025-ci ilin sonuna qədər 19,3 milyard kilovat-saata yüksəlib.
Məlumata əsasən, enerji tələbatının artım tempi yeni generasiya güclərinin istifadəyə verilməsini üstələyir və bu da ölkənin enerji sisteminə ciddi yük yaradır.
Qırğızıstan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Bakıt Torobayev isə bildirib ki, mövcud artım tempi davam edərsə, 2030-cu ildə ölkədə elektrik enerjisi istehlakı 25 milyard kilovat-saata çata bilər.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı




















.jpg)

.jpg)



.jpg)












