MDB
Astanada Qızıl Orda mövzusuna həsr olunan simpozium keçiriləcək
Qazaxıstanın paytaxtı Astanada 18–21 may 2026-cı il tarixlərində Qızıl Orda (Altın Orda) mövzusuna həsr olunmuş beynəlxalq simpozium keçiriləcək.
Publika.az xəbər verir ki, simpozium çərçivəsində xarici media nümayəndələri üçün press-tur təşkil olunacaq.
Press-tur çərçivəsində mayın 18-də iştirakçılar Astananın əsas mədəni və tarixi məkanlarını ziyarət edəcəklər. Proqrama Qazaxıstanın Milli Muzeyinə, “AlemAI Sinqulyarlıq” Muzeyinə, “Bayterek” abidəsinə və Respublikanın baş məscidinə səfər daxildir.
Simpoziumun rəsmi açılışı mayın 19-da Müstəqillik Sarayında baş tutacaq. Tədbir çərçivəsində “Altın Orda”nın etnosiyasi tarixi, irsinin müasir əhəmiyyəti, Böyük İpək Yolu boyunca mədəni əlaqələr, həmçinin maddi və mənəvi irs məsələləri müzakirə ediləcək.
Sessiyalar Nazarbayev Universitetində davam etdiriləcək. Burada tarix, arxeologiya, diplomatiya, iqtisadi sistemlər və mənbəşünaslıq sahələri üzrə müzakirələr aparılacaq.
Tədbir çərçivəsində iştirakçılar üçün “Astana Ballet” teatrında “Ulı dala murasy” adlı konsert proqramı da təşkil olunacaq.
Müəllif: Tural
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı




















.jpg)

.jpg)



.jpg)












