MDB
Zelenskini öz adamları aradan götürəcək - Sensasiyalı iddia
“Digər Ukrayna” hərəkatının lideri Viktor Medvedçuk bildirib ki, Vladimir Zelenski məsuliyyətdən yayınmayacaq və onu sonda öz komandası təslim edə bilər.
Publika.az xəbər verir ki, bu barədə siyasətçi hərəkatın saytında dərc olunan məqaləsində yazıb.
Medvedçukun sözlərinə görə, Zelenski artıq heç kim üçün əlverişli fiqur deyil: “Bu gün Zelenski heç kimə lazım deyil, buna görə də onu öz adamları aradan götürəcək. Məhz buna o, Rusiyanın ona qarşı sui-qəsd hazırladığını və “qərar qəbuletmə mərkəzlərinə” zərbə endirəcəyini deyərək ofisinin xəritəsini yayımlayır”, - deyə o bildirib.
Siyasətçi həmçinin Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelnin qalmaqallı müsahibəsinə diqqət çəkib. Onun sözlərinə görə, Mendelin sabiq rəhbərinə qarşı çıxış etməsindən sonra prezident administrasiyasında vəziyyətin yaratdığı rezonansı azaltmaq üçün güc strukturlarının iştirakı ilə xüsusi müşavirə keçirilib.
Medvedçuk qeyd edib ki, Zelenski artıq Qərb dairələri üçün də arzuolunmaz fiqura çevrilib və nəticədə onu öz yaxın çevrəsi sıradan çıxara bilər.
Müəllif: Adəm
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi

































