MDB
Putin Ermənistana ordu göndərəcək? - Qalmaqallı yeni qanun
Rusiya Dövlət Duması ikinci və üçüncü oxunuşlarda prezidentin xaricdə silahlı qüvvələrdən istifadə səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən qanunu təsdiqləyib.
Publika.az xəbər verir ki, “Vətəndaşlıq haqqında” və “Müdafiə haqqında” federal qanunlara düzəliş edən sənədə görə, Prezident Vladimir Putin artıq xaricdə “saxlanılma, həbs, cinayət təqibi və digər hallarda” “Rusiya vətəndaşlarını qorumaq” üçün ordudan istifadə edə biləcək.
Qanuna izahat qeydinə əsasən, bu, “Rusiya Federasiyasının iştirakı olmadan səlahiyyətləri olan məhkəmələr”, eləcə də Rusiyanın tanımadığı beynəlxalq məhkəmə orqanları tərəfindən Rusiya vətəndaşlarının xaricdə həbs edildiyi hallara aiddir.
Sözügedən qanun Ermənistan seçkilərində baş nazirliyə əsas namizədlərdən olan Rusiya vətəndaşı Samvel Karapetyanın həbsi fonunda bir sıra suallar doğurur.
Globalinfo.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, qanunlar qəbul olunsa da, onların tətbiqi vəziyyətdən asılıdır:
“Mən inanmıram ki, Rusiya açıq şəkildə bu qanunu əsas gətirib Ermənistana və ya hər hansı bir ölkəyə hərbi müdaxilə etsin. Təbii ki, digər alətlərdən istifadə oluna bilər. Yəni prinsipcə Kremlin bir çox ölkəyə təsir alətləri var. Bunlardan istifadə etsə, bu təəccüblü olmaz. Amma Rusiyanın Ermənistandakı hansısa vətəndaşın qorunması üçün açıq şəkildə hərbi müdaxilə edəcəyini düşünmürəm.
Əlbəttə, birmənalı şəkildə “yox” demək də olmur. Çünki Rusiya bir çox hallarda qaydaları pozur. Lakin bu, çox böyük hadisə olar. İndiki mərhələdə Rusiyanın buna getməsi çətindir”.
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
















.jpg)





.jpg)


.jpg)












