MDB
Ukraynada sərt qərar: Cərimələr 10 dəfə artırıla bilər - Rus dilində danışanlar...
Ukrayna rus dilində danışanlara görə cərimələri on qat artırmağı planlaşdırır.
Publika.az xəbər verir ki, Ukraynanın dil üzrə ombudsmanı Yelena İvanovska dil qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ciddi şəkildə sərtləşdirilməsini təklif edib.
O bildirib ki, xüsusilə qanunu sistemli şəkildə pozan biznes subyektləri üçün mövcud cərimələr effektiv deyil və bu səbəbdən onların 10 dəfə artırılması nəzərdən keçirilməlidir.
İvanovskanın sözlərinə görə, belə artım yalnız bir dəfə deyil, dəfələrlə xəbərdarlıq edilsə də qaydalara əməl etməyən şirkətlərə şamil olunmalıdır:
“Cərimələrin əhəmiyyətli dərəcədə artırılması sistemli pozuculara qarşı tətbiq olunmalıdır. Onlar nə birinci, nə də ikinci xəbərdarlığa reaksiya vermirlər”.
O əlavə edib ki, cərimələrin yenidən baxılması ilə bağlı təşəbbüs artıq irəli sürülüb və bu dəyişikliklər İnzibati Xətalar Məcəlləsində əksini tapmalıdır.
Hazırda Ukraynada dil qanunvericiliyinin pozulmasına görə:
Birinci pozuntuya görə: 3 400 - 5 100 qriven (təxminən 150 - 230 manat)
Təkrar pozuntuya görə: 11 900 qrivenə qədər (təxminən 530-540 manat)
Yeni təklif qəbul edilərsə, bu məbləğlər təxminən 10 dəfə artaraq biznes üçün daha ciddi maliyyə yükü yaradacaq.
Müəllif: Adəm
-
İdman23:36Everesti əlləri üzərində fəth edən Rüstəm Nəbiyev QƏZAYA DÜŞDÜ
-
Magazin222:00“Eşref” xəyallarına qovuşdu - 20 metrlik gəmi üçün 2 milyon avro xərclədi
-
İdman21:36Mahir yeni klubuna Kənanın “Bayatı-Şiraz”ı ilə keçdi - VİDEO
-
Hadisə20:48Xəstəxanaya ağır vəziyyətdə gətirilən körpə öldü
-
Magazin120:24Məşhur aparıcı Nəzakət Teymurova ilə istirahətdə - FOTO
-
MDB20:12İnternetdə trend olan bir kişi üzünü yandırdı
-
Region19:24İran ABŞ-ı bu ölkəyə hücumla hədələdi
-
İdman19:12Sərxan Həşimova yüksək VƏZİFƏ VERİLDİ - FOTO
























.jpg)

.jpg)









