MDB
Rusiya Ermənistana xəbərdarlıq etdi: İki toyda birdən oynamaq mümkün deyil
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Avropa İttifaqına inteqrasiya planları ilə bağlı sərt mesaj verib.
Publika.az xəbər verir ki, diplomat İrəvanın eyni vaxtda həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi İttifaqında iştirak etmək istəyini “iki toyda birdən oynamağa” bənzədib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin Avropa İttifaqına qoşulmaq istəyi ilə bağlı açıqlamaları Moskvada diqqətlə izlənilir.
Mixail Qaluzin xatırladıb ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşulmaqla yanaşı, birliyin 2045-ci ilə qədər inkişafını nəzərdə tutan sənədlərə də imza atıb. Həmin sənədlərdə inteqrasiyaya zərər verə biləcək addımlardan çəkinmək öhdəliyinin açıq şəkildə əks olunduğunu vurğulayıb.
Rusiyalı diplomat bildirib ki, Moskva mövcud razılaşmaların icrasına ciddi nəzarət edəcək.
Qeyd edək ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma prosesi 2025-ci il aprelin 4-də qəbul edilən qanundan sonra rəsmən sürətlənib.
Müəllif: Adəm
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO

































