MDB
İki ölkədən rusları kütləvi şəkildə deportasiya edirlər - Səbəbi
Tailand və İndoneziyanın Bali adasında turist kimi uzunmüddətli qalaraq qaydaları pozan əcnəbilərə qarşı yeni məhdudiyyətlər tətbiq olunur.
Publika.az xəbər verir ki, yerli bələdçi Nyoman Arnava “Kp.ru”ya açıqlamasında bildirib ki, xüsusilə rusiyalı və ukraynalı turistlərin daha çox yaşadığı ərazilərdə reydlər keçirilir.
Onun sözlərinə görə, yoxlamalar zamanı turist vizası ilə ölkədə qalaraq icazəsiz şəkildə onlayn işləyən və ya “kölgə biznesi” quran əcnəbilər aşkarlanır. Qaydaları pozan şəxsləri həbs, deportasiya və 31 min ABŞ dollarına qədər cərimə gözləyir.
Bali hakimiyyəti həmçinin “relokantların qeyri-rəsmi biznes fəaliyyəti” ilə mübarizəni də gücləndirib. Yerli əhalinin şikayətləri isə bu tədbirlərin əsas səbəblərindən biri kimi göstərilir. Şikayətlər arasında turistlərin gecə saatlarında səs-küylü əyləncələr keçirməsi, motosikletləri dəbilqəsiz idarə etməsi və məbədlərə qarşı hörmətsiz davranışlar yer alır.
Nyoman Arnava qeyd edib ki, Bali cəmiyyətində “Tri Hita Karana” fəlsəfəsi - insan, təbiət və mənəviyyat arasında harmoniya əsas dəyər sayılır və xaricilərin bu qaydalara əməl etməməsi ciddi narazılıq yaradır.
Müəllif: Adəm
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı






















.jpg)



.jpg)











