Şahzadə olmağı xəyal edən qadın 90 rubla saray aldı
Bizi izləyin

MDB

Şahzadə olmağı xəyal edən qadın 90 rubla saray aldı

Şahzadə olmağı xəyal edən qadın 90 rubla saray aldı

Rusiyalı Tatyana Belarusun Dyatlovo şəhərindəki Radzivillər sarayını cəmi 90 Belarus rubluna (təxminən 2,3 min Rusiya rublu) alıb.

Publika.az "Sputnik Belarus"a istinadla xəbər verir ki, qadın hərracın yeganə iştirakçısı olub.

Əslən Moskvadan olan Tatyana artıq iki ildir ki, Minskdə yaşayır. O, tarixi memarlıq abidəsinin satışa çıxarılması barədə məlumatı görən kimi onu almaq qərarına gəlib.

"Bütün qızlar öz sarayları olan şahzadə olmağı xəyal edir. Mən həqiqətən də bu fikirlə yaşayıram və ürəkdən inanıram ki, planlaşdırdıqlarımı həyata keçirib bu irsi yenidən insanlara qaytara biləcəyəm. Hazırda bunu özümə bir missiya hesab edirəm", - deyə sarayın yeni sahibi qeyd edib.

İndi Tatyana sarayın qorunub saxlanması üçün dövlət qarşısında məsuliyyət daşıyır. O, beş il ərzində binanı təmir etməli və istismara verməlidir.

Tatyana bildirib ki, ilk növbədə sarayın mərkəzi girişi, dəhlizi və qonaq otağı təmir edilərək ziyarətçilərin istifadəsinə veriləcək. Gələcəkdə sarayda kafe, apart-otel və sərgi zallarının açılması planlaşdırılır. Bundan əlavə, binada aktyorların iştirakı ilə interaktiv kvestlərin təşkili də istisna edilmir.

Qeyd edək ki, Radzivillər sarayı daha əvvəl də bir neçə dəfə satışa çıxarılıb. İlk dəfə 2015-ci ildə satışa çıxarılan abidə üçün alıcı tapılmamışdı. 2022-ci ildə isə saray yenidən hərraca çıxarılıb və 96 Belarus rubluna rusiyalı bir iş adamı tərəfindən alınmışdı, lakin həmin şəxs abidənin bərpası ilə bağlı öhdəliklərini yerinə yetirməmişdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm